Yanvar - fevral aylarında ölkədə elektrik enerjisi istehsalı artıb
Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, bu ilin ilk 2 ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 282,3 mln. kVt·st, yəni 5,8 % artaraq 5 176,9 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin yanvar-fevral aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 313,7 mln. kVt·st artaraq 4 998,8 mln. kVt·st, SES-lərdə 33,0 mln. kVt·st azalaraq 121,6 mln. kVt·st, digər mənbələr üzrə (KES, GES və BMTZ) isə 1,54 mln. kVt·st artaraq 56,5 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 9,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 8,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 39,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2023-cü ilin 2 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 712,7 mln. kVts (İES-lərdə 4 598,0 mln. kVt·st, SES-lərdə 114,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 55,21 mln. kVt·st (İES-lərdə 41,47 mln. kVt·st, SES-lərdə 6,09 mln. kVt·st, Günəş ES-də 7,65 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,7 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 402,3 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 21,0 mln. kVt·st, ixracı isə 840,1 mln. kVt·st olub.
Qeyd edək ki, cari ilin fevral ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 82,5 mln. kVt·st və ya 3,5 % artaraq 2417,1 mln. kVt·st olub.
Ay ərzində elektrik enerjisinin idxalı 10,13 mln. kVt·st, ixracı isə 335,8 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)


