İqtisadiyyat nazirinin birinci müavini İspaniyada görüşlər keçirib
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti İspaniya Krallığının Madrid şəhərinə səfər edib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici Ticarət üzrə Dövlət Katibi xanım Şiana Margarida Mendes Bertolo ilə görüş keçirilib.
Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin potensialı barədə məlumat verən Elnur Əliyev bu imkanların reallaşdırılmasında biznes dairələrinin iştirakı ilə işgüzar görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat verib.
İki ölkə arasında qarşılıqlı investisiyaların artırılması, bu istiqamətdə hüquqi tənzimləmənin təmin edilməsi baxımından “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş”in hazırlanmasının önəmi vurğulanıb.
Xanım Şiana Margarida Mendes Bertolo ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparıblar.
İspaniya Ticarət Palatasında görüş keçirilib
İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatasında bu ölkədə fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.
Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərimizdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib. "Yaşıl" enerji, kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə Azərbaycanın İspaniya təcrübəsindən yararlana biləcəyi və bu istiqamətlərdə əməkdaşlığın yüksək potensiala malik olduğu diqqətə çatdırılıb.
İspaniya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Görüşdə Azərbaycanın biznes imkanlarına dair təqdimat nümayiş olunub.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)







.jpg)




