Adına daşınmaz əmlakın olub-olmamasını necə müəyyən etmək olar?
Daşınmaz əmlakın mövcudluğu barədə arayışı heç bir yerə getmədən, elektron qaydada əldə etmək mümkündür. Elektron xidmətin istifadəsi isə sadə və rahatdır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlı elektron xidməti vətəndaş məmnunluğunun təmin edilməsinə, çevikliyin artırılmasına, vaxt itkisinin aradan qaldırılmasına yönəlib.
Adıçəkilən xidmət adına daşınmaz əmlakın olub-olmaması barədə arayışın alınmasını vətəndaş üçün daha əlçatan edib. Belə ki, şəxs bu arayışı Xidmətin ərazi idarələrinə müraciət etmədən elektron qaydada da əldə edə bilir.
Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması ilə bağlı müraciət etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (e-emlak.gov.az) daxil olmalıdır. “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” bölməsinə keçid edib şəxsə aid tələb olunan məlumatları (şəxsiyyət vəsiqəsinin seriya, nömrə və FİN kodu) daxil edərək xidmətə giriş edilir. Açılan pəncərədəki müvafiq bölmələri doldurduqdan sonra müraciət göndərilməlidir. Daha sonra təsdiqetmə bildirişi ekranda görünür. Bildirişdə qeydiyyat nömrəsi ilə icra müddəti göstərilir.
Arayış hazır olduqdan sonra elektron formada imzalanır və müraciət edən şəxsə xidmət haqqının ödənilməsi ilə bağlı SMS bildirişi göndərilir. Xidmət haqqı ödənildikdən sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması” adlı elektron xidmətə daxil olub, “Elektron arayışlarım” bölməsindən daşınmaz əmlakın mövcud olub-olmaması barədə arayış ilə tanış olmaq mümkündür.
Adıçəkilən elektron xidmətin istifadə qaydası ilə bağlı video təlimata bu linkə (https://bit.ly/3uKlHGU) daxil olaraq baxa bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
32 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
39 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)









.jpg)








