Ölkəmiz ABŞ-də robototexnika yarışında təmsil olunacaq
Azercell-in dəstəyi ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılır!(®) Dünyaca məşhur “FIRST Robotics Competition” (FRC) müsabiqəsində bu il ilk dəfə olaraq Azərbaycan da iştirak edir.
NASA ("Milli Aeronavtika və Kosmos İdarəsi") təşkilatının ABŞ-də keçirdiyi bu yarışda ölkəmizi 14-18 yaş arasında olan 22 gənc MeckHack #9030 komandası adı altında təmsil edir.
Yarışmaya Azercell-in dəstəyi və “Train Brain” şirkətinin təşkilatçılığı ilə qatılan komanda iştirakçıları bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edəcək. Azərbaycanı MeckHack #9030 adı altında təmsil edən iştirakçılarımız dünyanın müxtəlif ölkələrindən yarışa qatılmış 48 komanda ilə mübarizə aparacaq. Müsabiqənin nəticələri aprel ayının 9-da baş tutacaq final mərhələsindən sonra açıqlanacaq.
Qeyd edək ki, “FIRST Robotics Competition” orta məktəb şagirdləri arasında keçirilən beynəlxalq robototexnika yarışmasıdır. Müsabiqədə iştirakçılardan ciddi qaydalar, məhdud vaxt və resurslar çərçivəsində robototexnika proqramları vasitəsilə komanda brendinin yaradılması, sənaye ölçülü robotların qurulması və proqramlaşdırılması tələb olunur. Hər il orta məktəb tələbələri, məşqçilər və mentorlardan ibarət komandalar müəyyən müddət ərzində robotlar hazırlamaq üçün işləyirlər.
Azercell gələcəyin elm insanları və mühəndisləri üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda işi kimi vacib bacarıqları inkişaf etdirən yarışmada Azərbaycanın gənc robototexniklərinə uğurlar arzu edir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 24 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI






















