96 aptekdə yoxlama aparılıb, 69-unda uyğunsuzluq aşkar edilib
Adları çəkilən apteklərin satdıqları bir sıra məhsullar üçün Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı mövcud deyil: "Zeytun" aptek,"Zeytun 301" aptek, "Zeytun 505" aptek, "Zeytun 595" aptek, "Klover" aptek, "Avis" aptek, "Dərmançı 392" aptek, "Kardio" aptek, "Evro" aptek, "Gəncə" aptek.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirlər çərçivəsində, Agentliyin əməkdaşları tərəfindən 2023-cü ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparılıb.
93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub.
69 aptekdə isə uyğunsuzluq aşkar edilib.
Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, 7 aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, 2 aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib.
Həmin apteklərin vəzifəli şəxsləri barəsində Agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan 2 aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, 7 aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
Həmçinin 06.12.2022-ci il tarixindən etibarən AQTA əməkdaşları tərəfindən qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 327 aptekdə monitorinq həyata keçirilib. Monitorinqin nəticəsinə əsasən, 13 aptekdə qida təhlükəsizliyi sertifikatı, 9 aptekdə isə üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsulları aşkar edilib. Həmin məhsullar satışdan kənarlaşdırılıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Monitorinq zamanı uyğunsuzluq aşkarlanan 15 aptek barədə aşağıdakı cədvəl vasitəsilə məlumat ala bilərsiniz:
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
21 d. əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
32 d. əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
-
- 34 d. əvvəl
-
45 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 51 d. əvvəl
-
55 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 57 d. əvvəl
-
1 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
1 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
1 saat əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
1 saat əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Ən çox oxunanlar

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb
