İrandan Azərbaycana gələnlərin sayı 6 faiz azalıb
2023-cü ilin Mart ayında Azərbaycana xaricdən 136 505 nəfər gəlib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çox olub. Belə ki, ötən ilin martında Azərbaycana 95 844 nəfər səfər etmişdi.
Bu ilin 3 ayı ərzində isə ölkəyə gələnlərin sayı 369 072 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (246 277 nəfər) 50 faiz çox olub.
Ötən ay gəlmə sayına görə, Rusiya (43 966), Türkiyə (30 396), İran (12 123), Gürcüstan (7476) və Hindistan (6766) ilk beşlikdə yer alıb.
Keçən ilin ilk 3 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə İrandan gələnlərin sayında 6 faiz azalma qeydə alınıb.
Gəlmə sayına görə, 2022-ci illə müqayisədə ən çox artım Şimal Şərqi Asiya (233 %), Cənubi Asiya (228 %), Mərkəzi Asiya (212 %) və Cənub Şərqi Asiya (183 %) regionunun payına düşüb.

© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb





















