Bakcell-in Direktorlar Şurasına yeni təyinat olub

Bakcell şirkəti Salvador Anqladanın şirkətin Direktorlar Şurasına üzv təyin olunmasını elan edib.
Məlumata görə, Salvador Anqlada telekommunikasiya və İT sahələrində 27 ildən çox iş təcrübəsinə malikdir. O, peşəkar karyerası ərzində Avropada “Telefonica”, “O2” və “Dell” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. “Bakcell”in Direktorlar Şurasına təyinatından əvvəl o, 9 il BƏƏ-nin “e&” şirkətlər qrupunun (əvvəlki Etisalat) Biznes üzrə baş direktoru, sonra isə qrupun müəssisə və hökumət qurumlarına rəqəmsal transformasiya xidməti göstərən “e& enterprise” adlı törəmə şirkətinin baş icraçı direktoru vəzifələrini icra edib.
Cənab Anqlada İspaniyanın “Instituto de Empresa” universitetində icraçı MBA (executive MBA) və “Madrid UPM" universitetində sənaye mühəndisliyi üzrə magistr dərəcəsi alıb. O, həmçinin Silikon vadisinin “Singularity” Universitetində icraçı (executive) proqramı və IESE Business Məktəbində PDG proqramını uğurla bitirib.
“Bakcell şirkəti davamlı olaraq öz fəaliyyət sahəsində ən üstün rəqəmsal biznes qurmağa çalışır. Buna görə də biz asan olmayan bu işə öz töhfəsini verə biləcək yüksək təcrübəli insanları şirkətimizə cəlb edirik. Biz Salvador Anqladanın “Bakcell”in Direktorlar Şurasının yeni üzvü təyin olunmasından məmnunuq. Azərbaycanda və daha geniş regionda innovasiyaların tətbiqi və rəqəmsal transformasiyanın həyata keçirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdirdiyimiz üçün onun telekommunikasiya və İT sənayesindəki böyük təcrübəsi bizim işimizə böyük dəyər qatacaq”, - deyə Bakcell şirkətinin Direktorlar Şurasının sədri və “NEQSOL Holding”in telekom rəhbəri Vasil Latsaniç bildirib.
“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell Azərbaycanda mobil operatordur.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
