Azərbaycanın dövlət büdcəsində bir ilk
Azərbaycanın dövlət büdcəsində ilk dəfə Dövlət Neft Fondundan transfert nəzərə alınmadan profisit (artıqlıq) qeydə alınıb.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, Dövlət Neft Fondundan transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 131,9 faiz icra edilməklə 6 milyard 714 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illərlə müqayisədə ilk dəfə olaraq 147,1 milyon manat olmaqla dövlət büdcəsində profisitin qeydə alınması deməkdir.
2023-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri 6 milyard 566,9 milyon manat olmuş, 1 milyard 723,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343 milyon manat və ya 24,9 faiz çoxdur.
2023-cü ilin I rübü üzrə dövlət büdcəsinin gəlirləri 7 milyard 908,8 milyon manat proqnoza qarşı 8 milyard 290 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 381,2 milyon manat və ya 4,8 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 18,3 faiz və ya 1 milyard 280,4 milyon manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 2 milyard 820 milyon manat məbləğində transfertə qarşı 1 milyard 576,0 milyon manat məbləğində transfert daxil olmuşdur. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1 milyard 244 milyon manat və ya 44,1 faiz az istifadə olunmasına imkan vermişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
24 d. əvvəl
Bank Respublika “ASAN Məktub” proqramı çərçivəsində uşaqların arzularını gerçəkləşdirdi
-
38 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
52 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)


.jpg)
