Neft qiymətləri həftənin ilk günü qalxır
Neft qiymətləri, təklifin və ABŞ-da qazılan quyuların azalacağı proqnozu ilə yüksəlib.
Neft keçən həftə Nyu-Yorkda 5.2 faiz bahalaşdıqdan sonra çox dəyişməyib.
"Marja" xəbər verir ki, Küveytin OPEC-dəki nümayəndəsi Haitham al-Ghails, bu ilin ikinci yarısında tələbin artması və OPEC-in hasilatın azaldılması razılaşması ilə əlaqədar olaraq ehtiyatların bütün dünyada sürətli bir şəkildə düşəcəyini deyib. ABŞ-da qazılan neft quyularının sayı keçən həftə 2 artıb və bu, May ayından bu yana ən aşağı artımdır.
BUNDAN SƏRFƏLİ ALMAN AVTOMOBİLİ YOXDUR
Ötən həftələrdə neft qiymətləri, artan qlobal hasilatın Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatı azaltmalarının təsirini siləcəyi narahatçılıqları ilə 50 dollardan aşağı gedişini davam etdirib. Keçən ay OPEC-in neft hasilatı, müqaviləyə daxil olmayan Nigeriya və Liviyadakı artımlar və digər üzvlərinin öhdəlik götürdüklərindən daha az hasilatı azaltmaları ilə bu ilin ən yüksək səviyyəsinə çıxıb.
Analitiklər bildirirlər ki, tələbin üçüncü rübdə, mövsümi təsirlərdən dolayı artacağı gözləntisi var. Ancaq, dördüncü rübdə, mövsümi tələbatın azalmağa başlaması ilə təklif artıqlığı daha da artacaqdır, bu da qiymətləri aşağı sala bilər. Xüsusilə ABŞ-da artan istehsal əsas riskdir.
Bakı vaxtı ilə saat 07:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nyu-Yorkda Nymex birjasında 14 sent yüksələrək 46.68 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 16 sent və ya 0.3 faiz yüksələrək bareli 49.07 dollara qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
24 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
34 d. əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
40 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















