"Yelo Bank"ın xalis mənfəətində sıçrayış
"Yelo Bank" ASC 2023-cü ilin ilk rübünü (yanvar-mart) 4 milyon 124 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 345 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yelo Bank"ın xalis mənfəəti 2023-ci ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə təxminən 12 dəfə artıb. Artımın böyük hissəsi mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıtmış vəsaitin hesabına baş verib.
Marja.az xəbər verir ki, "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin ilk rübündə 2022-ci ilin ilk rübü ilə müqayisədə 8 milyon 32 min manat və ya 40,6% artaraq 27 milyon 814 min manat təşkil edib. Ötən ilin ilk rübündə Bankın cəmi əməliyyat gəlirləri 19 milyon 782 min manat təşkil etmişdi.
"Yelo Bank"ın cəmi əməliyyat xərcləri 2023-cü ilin ilk rübündə 2022-ci ilin ilk rübü ilə müqayisədə 6 milyon 190 min manatvə ya 30,5% artaraq 26 milyon 438 min maant təşkil edib. Ötən ilin ilk rübündə Bankın cəmi əməliyyat xərcləri 20 milyon 248 min manat təşkil etmişdi.
2023-cü ilin ilk rübündə "Yelo Bank"ın əməliyyat mənfəəti 1 milyon 377 min manat təşkil edib. 2022-ci ilin ilk rübündə Bankın 466 min manat əməliyyat zərəri yaranmışdı.
Həmçinin, ilk rübdə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 2 milyon 747 min manat mənfəətə əlavə edilib və "Yelo Bank"ın mənfəəti 4 milyon 124 min manata yüksəlib. 2022-ci ilin ilk rübündə məqsədli ehtiyatlardan azad olmuş 811 min manatın hesabına əməliyyat zərəri bağlanmış və Bankın 345 min manat mənfəəti yaranmışdı.
AKTİVLƏRİ ARTIB
"Yelo Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə ilk rüb ərzində 8 milyon 826 min manat artaraq 830 milyon 361 min manata, o cümlədən kredit portfeli 17 milyon 809 min manat artaraq 639 milyon 758 min manata yüksəlib. 2023-cü ilin yanvar-mart dövründə "Yelo Bank"ın istehlak kreditləri portfeli 202 min manat artaraq 150 milyon 181 min manata, biznes kreditləri portfeli 20 milyon 744 min manat artaraq 416 milyon 745 min manata çatıb. Bankın ipoteka kreditləri portfeli isə 3 milyon 137 min manat azalaraq 72 milyon 830 min manata düşüb.
31 Mart 2023-cü iln tarixində "Yelo Bank" 576 milyon 840 min manat depozit portfelinə malik olub, bu da ötən ilin sonu ilə müqayisədə 4 milyon 540 min manat çoxdur. Bankda fiziki şəxsləri depozitləri 9 milyon 787 min manat artaraq 445 milyon 651 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 5 milyon 246 min manat azalaraq 131 milyon 189 min manata düşüb.
30 Mart 2023-cü il tarixində "Yelo Bank" 91 milyon 898 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 93 milyon 404 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 29 d. əvvəl
-
56 d. əvvəl
KİV: ABŞ və İran 45 günlük atəşkəslə bağlı müzakirələr aparır
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 saat əvvəl
"Agro Dairy" şirkətindən Azərbaycanın aqrar sektorunda bir ilk
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
10 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
14 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 14 saat əvvəl
-
14 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana verdiyi müddəti 8 aprelədək uzatdı
Rəsmi məzənnələr açıqlandı
Xarici bank Azərbaycana 700 milyon dollar kredit ayırır - Bu vəsaitə 4 yeni metro stansiyası tikiləcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
"BakıKart": Aprelin 6-dan vəsaitlərin silinməsinə başlanılacaq, məhdudiyyətlər aradan qaldırılacaqdır
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
























