“Fəhlədən İnkişaf” layihəsinin iştirakçıları mütəxəssis vəzifələrinə yüksəlib
Bu layihə 72 nəfər əməkdaşın karyerasında dönüş nöqtəsi olub.
(®) Veysəloğlu Şirkətlər Qrupu karyeralarında inkişaf etmək istəyən əməkdaşlara dəstək məqsədi ilə “Fəhlədən İnkişaf” (FİL) layihəsi həyata keçirir. Proqram çərçivəsində logistika sahəsində fəhlə olaraq çalışan əməkdaşların bilikləri təkmilləşdirilərək müvafiq sahələr üzrə menecer, mütəxəssis və digər ixtisas tələb edən vəzifələrə sahib ola bilirlər.
İndiyə qədər layihədə iştirak edən 72 əməkdaş şirkətdə müxtəlif sahələr üzrə mütəxəssis və texniki icraçı kateqoriyalı vəzifələrə yüksəlib.
“Müasir biznes dünyasında əməkdaşların iş yerində görmək istədikləri ən vacib amillərdən biri onlara karyera inkişafları ilə bağlı fürsətlərdir. İnsan resursları komandamız bunu nəzər alaraq “Fəhlədən İnkişaf” layihəsinə başladı. Bu layihə ilə əməkdaşlarımıza karyeralarında yeni üfüqlər açaraq onlara arzuladıqları sahədə fəaliyyət göstərmələri üçün dəstək göstəririk. Məqsədlərimizdən biri də Azərbaycanın əmək bazarında ixtisaslı kadrlar yetişdirməkdir”,- deyə layihə koordinatoru Həsən Məmmədli bildirib.
Qeyd edək ki, layihədə iştirak edən əməkdaşlar təlimlər müddətində müvafiq vəzifənin tələb etdiyi nəzəri və praktik biliklərə yiyələnirlər. Növbəti mərhələdə poqramı tamamlamış əməkdaşlar müxtəlif sahələr üzrə mütəxəssis vəzifələrinə sahib ola bilirlər.
Veysəloğlu Şirkətlər Qrupu (www.veyseloglu.az) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.
2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan “Deloitte” şirkətinin Azərbaycanda ilk dəfə təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
