"PAŞA Kapital"ın xalis mənfəəti 42%-dən çox artıb
Uzun müddətdir dövriyyəsinin həcminə görə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvləri arasında birinci yerdə olan "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2022-ci ili 3 milyon 502 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 2 milyon 461 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "PAŞA Kapital"ın xalis mənfəəti 1 milyon 41 min manat və ya 42,3% artıb.
Marja.az xəbər verir ki, "PAŞA Kapital"ın qiymətli kağızları ilə əməliyyatlar üzrə xalis gəliri 2021-ci ildə 1 milyon 815 min manat ikən, 2022-ci ildə 5 milyon 283 min manat təşkil edib (təxminən 3 dəfə artıb).
"PAŞA Kapital İnvestisiya Şirkəti"nin cəmi aktivləri 2022-ci ildə 2021-ci ilin sonu ilə müqayisədə 37 milyon 478 min manat və ya 43,3% arataraq 123 milyon 215 min manata çatıb. İnvestisiya şirkəti 2021-ci ilin sonunda 86 milyon 448 min manat cəmi aktivlərə malik idi.
"PAŞA Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti 2012-ci ilin iyun ayında yaradılmışdır. Şirkət öz müştərilərinə bütün növ investisiya xidmətlərinin göstərilməsini təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 24 d. əvvəl
-
-
35 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
36 d. əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb

















.jpg)






