Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiya iqtisadiyyatının kiçilməsinin əvvəlki proqnozdan daha az olacağı gözlənilir

Rusiya iqtisadiyyatının 2023-cü ildə 1,5 faiz azalmadan sonra, 2024-cü ildə 1% artıma qayıdacağı gözlənilir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya iqtisadiyyatının kiçilməsinin əvvəlki proqnozdan daha az olacağı gözlənilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Rusiyada iqtisadi azalma proqnozunu iki dəfə azaldaraq 1,5%-ə endirib və 2024-cü ildə ÜDM-in artımı proqnozunu dəyişməyərək 1% səviyyəsində saxlayıb.

Marja xəbər verir ki, Bu barədə bankın regionda iqtisadiyyatın vəziyyəti ilə bağlı çərşənbə axşamı dərc olunmuş hesabatında deyilir.

Reklam_3_11

Fevral ayında yayılan əvvəlki proqnozda n 2023-cü ildə Rusiya iqtisadiyyatının 3% azalacağı, gələn il isə 1% artacağı deyilirdi.

Əvvəllər mərkəzi ofisi Londonda yerləşən Bankın ekspertləri Rusiya iqtisadiyyatının 2022-ci ildə 3,5% azalacağını gözləyirdilər. Çərşənbə axşamı dərc edilən hesabatda qeyd edildiyi kimi, azalma 2,1% təşkil edib. Bunun əsas səbəbi kimi “yüksək enerji qiymətlərinin irimiqyaslı sanksiyaların mənfi təsirini qismən yumşaltması” göstərilir. Eyni zamanda, AYİB bildirir ki, enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi və Qərb ölkələrinin Rusiya nefti və neft məhsullarının qiymətlərinə yuxarı həddi tətbiq etməsi “ixracın həcminə və dövlət gəlirlərinə mənfi təsir göstərib”.

"Yeni sanksiyaların təsiri nəticəsində iqtisadiyyatın 2023-cü ildə yenidən 1,5% kiçilməsi gözlənilir. Bununla belə, bu, neftin qiymətinin artması gözləntiləri və neft ticarətinin yönləndirilməsi ilə əlaqədar olaraq fevral ayında verilən proqnozların yuxarıya doğru yenidən nəzərdən keçirilməsi deməkdir. 2024-cü ildə artıma qayıdış gözlənilir ki, bu da proqnoza görə 1% olacaq. Kredit təşkilatı qeyd edib ki, Rusiya iqtisadiyyatı Ukraynadakı münaqişənin gedişatından və beynəlxalq sanksiyaların ölkəyə təsirindən asılı olacaq.

16.05.2023 10:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

SON XƏBƏRLƏR