Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlarının həcmi azalıb
2023-cü ilin 1-ci rübündə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 19.7% azalaraq 971 mln. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 83.1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Rüb ərzində xarici valyutanın xalis satışı ötən ilin I rübünə nəzərən 6 dəfə azalmışdır.
2023-cü ilin 1-ci rübündə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləmişdir.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Qeyd edilib ki, rüb ərzində nağd və nağdsız valyuta bazarında əməliyyatların həcmi bazarın bütün seqmentləri üzrə azalmışdır. 1-ci rübdə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən rübə nəzərən 8% azalaraq 6.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 80.6%-i ABŞ dollarında, 19.4%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 21.3%-i banklararası valyuta bazarında (BVB), 78.7%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 35% azalaraq 1.4 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında aparılmışdır. BVBdə valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır Hesabat dövründə banklararası valyuta bazarında yeni davranış modelinin formalaşdırılması məqsədilə mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarına çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa imkan verən Blumberqin “BMatch” platforması aktivləşdirilmişdir.
BDVB-də valyuta əməliyyatlarının həcmi 5.3 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən 3.4% çoxdur. Əməliyyatların 76%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 19.7% azalaraq 971 mln. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 83.1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Rüb ərzində xarici valyutanın xalis satışı ötən ilin I rübünə nəzərən 6 dəfə azalmışdır.
Rüb ərzində Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların təşkili davam etdirilmişdir. Hesabat dövründə Mərkəzi Bankda ümumilikdə 23 valyuta hərracı keçirilmişdir.
Rüb ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alışsatış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6966 manat, satış məzənnəsi isə 1.7030 manat təşkil etmişdir.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi Türkiyə lirəsinə, Rusiya rubluna, İngiltərə funt-sterlinqinə qarşı bahalaşmış, avroya, Qazaxıstan tengəsinə, İsveçrə frankına, Yaponiya yeninə və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
15 d. əvvəl
Azərbaycanda ən böyük GES-də ilk panelin quraşdırılması mərasimi keçirilir
-
31 d. əvvəl
BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
-
40 d. əvvəl
"Tikintiyə icazə ilə bağlı sahibkarların üzləşdiyi müəyyən çətinliklər qalır"
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!
-
1 saat əvvəl
Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

“Milliön şans” lotereyasına möhtəşəm hədiyyələrlə start verildi!

Pfizer ABŞ-a 70 milyard dollarlıq sərmayə yatıracaq və dərman qiymətlərini aşağı salacaq
Ən çox oxunanlar

Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşü olub

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı

“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış plenar sessiyası keçirilir

31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Moldova Prezidenti ilə görüş olub, enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb
