1 milyon ev təsərrüfatının fiber-optik internetə çıxış imkanı yaradılıb
"Ev təsərrüfatlarının 39%-ni əhatə etmişik"
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və GSMA-nın birgə tərəfdaşlığı, Azercell-in baş sponsorluğu ilə Bakıda ilk dəfə 16-17 may tarixində keçirilən “M360 Eurasia 2023” beynəlxalq konfransında mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri bir araya gəlib.
Konfransda müasir tendensiyalar və gələcək planlar barədə birgə müzakirələr aparılıb.
Tədbirdə “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Elçin Niyazov Azərbaycanda fiber-optik internet üzrə görülən işlərlə bağlı təqdimatla çıxış edib.
Çıxış zamanı Elçin Niyazov “Aztelekom” MMC-nin həyata keçirdiyi infrastruktur layihələri, o cümlədən “Onlayn Azərbaycan” layihəsi barədə ətraflı məlumat verib.
E.Niyazov bildirib ki, Azərbaycanda fiber-optik şəbəkənin qurulmasına 2017-ci ildən başlanılsa da, 2021-ci ilə qədər 225 min ev təsərrüfatı əhatə olunub. Belə ki, 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 3 il ərzində genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatlarının sayı 1 milyona çatdırılıb. E.Niyazov bunun əvvəlki dövrlə müqayisədə 350% yüksək nəticə olduğunu vurğulayıb.
“Bizim əsas məqsədimiz əlçatanlığı və sərfəliliyi artıran xidmət və məhsullarımızı inkişaf etdirərək diqqətimizi müştəri məmnuniyyətinə yönəltməkdir. Müştərilərimizə dəyərli xidmət və sərfəli məhsul təqdim etmək bizim əsas öhdəliyimizdir. Hazırda ölkə ərazisində mövcud ev təsərrüfatlarının 39%-ni əhatə etmişik. Bu ilin sonuna qədər bu rəqəm 55% təşkil edəcək”, – deyə Elçin Niyazov məlumat verib.
Qeyd edək ki, “Aztelekom” MMC dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatorudur. Layihə çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması işləri görülür.
Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun əməkdaşlığı sayəsində 2024-cü ilin sonuna qədər minimum 25 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” layihə çərçivəsində sürəti 100 mbit/s-dək internet xidməti təqdim edir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
30 d. əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 32 d. əvvəl
- 44 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
