Bir milyondan çox mobil nömrə ilə şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.
Bununla bağlı “AzInTelecom” MMC mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparır. Nəticədə surətinin köçürüldüyü aşkarlanan IMEI koda “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edirlər.
Görülən mübarizə tədbirləri çərçivəsində bu günədək 8574 IMEI koda “klon” statusu verilib. Həmin IMEI kodlar son üç ayda 1094473 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodlarla 455 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.
Surətinin köçürülməsi şübhəsi olan 458 IMEI kod ilə bağlı vətəndaşlar tərəfindən poçt məntəqələrinə daxil olan müraciətlər araşdırılıb. 136 müraciət nömrə dəyişilməsi ilə bağlı olduğu üçün analitik qrup tərəfindən müsbət rəy verilərək sistemdə təsdiqlənib. 319 müraciət əsassız olduğu üçün etiraz cavabı verilib, 3 müraciət üzrə araşdırma davam etdirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman da fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur.
Bəzən dövlət rüsumunu ödəməmək üçün daha əvvəl qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətinin yeni telefonlara köçürülməsi halları baş verir. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə rastlaşır.
Bu cür hallarla qarşılaşmamaq və aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.
Bu məqsədlə telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu əldə etdikdən sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.
Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb. Surəti köçürülüb, yalnız müəyyən nömrələrlə istifadəsinə icazə verilib” mesajı görünəcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün “Azərpoçt” MMC-nin şöbələrinə müraciət etmələri tövsiyə olunur.
Müştərilərin xəbərləri
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 16 d. əvvəl
-
22 d. əvvəl
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 30 d. əvvəl
-
43 d. əvvəl
"Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur"
-
48 d. əvvəl
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
-
1 saat əvvəl
Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - TAM VERSİYA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Dövlət xətti ilə 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə 3 milyard manatdan çox olacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir"
Prezidentin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib - TAM VERSİYA
Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
AFB Bank-da QR kod ilə ödəniş imkanı istifadəyə verildi
ABB-nin yeni istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR






.jpg)










.jpg)







