“Azercell Telekom” MMC-nin Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə təsdiq edilib
(®) “Azercell Telekom” MMC Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğunluq üzrə resertifikasiya auditini uğurla bitirib. Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə növbəti dəfə sertifikatla təltif olunub. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. ISO 10002:2018 beynəlxalq standart məhsul və xidmətlərlə əlaqəli şikayətlərin qurumlara daxil olması, onların nəzərə alınması, cavablandırılıb həll olunması prosesini qiymətləndirir. Həmçinin, şikayətlərə baxılması işinin daha effektiv şəkildə həyata keçirilməsi üzrə tələbləri müəyyən edir. Xatırladaq ki, “Azercell Telekom” ilk dəfə hələ 2011-ci ilin aprelində ISO 10002 Standartı üzrə uyğunluq sertifikatını əldə edib.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq müasir texnologiyalar və biznes həllər vasitəsi ilə müştərilərinin həyat keyfiyyətini yüksəltməyi hədəfləyən Azercell hazırda öz abunəçilərinə çoxçeşidli servis kanallarıyla xidmət göstərir. Müştərilər Telefon Mərkəzi, Ön Masa Ofisləri və Azercell Eksklüzivləri, Onlayn Müştəri Xidmətləri, Azercell-in rəsmi Sosial Media Platformaları üzərindən öz suallarını, şikayət və təkliflərini bildirmək imkanına malikdirlər. Abunəçi sorğularının cavablandırılması istiqamətində “Azercell Telekom” MMC-nin təqdim etdiyi daha bir həll “Kabinetim” tətbiqidir. Azercell-in abunəçiləri bu tətbiq üzərindən Azərbaycan, rus və ingilis dillərində onlayn çat vasitəsilə müştəri xidmətlərinə müraciət edə, təqdim olunan müxtəlif xidmətlərə qoşula və sorğularına cavab ala bilir. Mobil operator müraciətlərə effektiv və səmərəli şəkildə baxılması, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir, müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 9 saat əvvəl
-
- 22 saat əvvəl
-
22 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
23 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 23 saat əvvəl
-
23 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 23 saat əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir


Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
