
Yevlax Pilot Aqroparkında ilk dəfə məhsul yığımına başlanılıb
Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılması ilə əlaqədar olaraq KİV nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılıb. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyunun 6-da Aqroparka mediatur təşkil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Zamir Dibirov KİV nümayəndələrinə Yevlax Pilot Aqroparkın ümumi fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, 2021-ci ilin dekabrında rəmzi açılışı olmuş Yevlax Pilot Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da 1187 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1297 hektarını 3000 başlıq ətlik istiqamətli heyvandarlıq kompleksinin yem təminatı zonası, şəkər çuğunduru, pivəlik arpa və pambıqçılıq sahəsi, 141 hektarını isə emal və sosial zona təşkil edəcək. İndiyədək Pilot Aqroparkda ümumi investisiya həcmi 26 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və hazırda bu rezidentlər tərəfindən 130 hektaradan çox ərazidə əkin işləri aparılıb. Bunun da 102 hektarını meyvə bağları, 20 hektarını tərəvəz, 10 hektarını isə tingçilikçilik təşkil edir.
Bu layihələrin reallaşması nəticəsində 90 nəfərlik daimi, 192 nəfərlik isə mövsümi iş yeri yaradılacaq.
Sonra media nümayəndələri Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC-nin təsərrüfatında gedən məhsul yığımı prosesi ilə tanış olublar. “İSFA” MMC-nin direktoru Samir Xeyribəyov fermer təsərrüfatının fəaliyyətindən, yığım prosesindən danışıb. Diqqətə çatdırılıb ki, şirkətin əkin sahəsinin 40 hektarını meyvə bağları, 20 hektarını isə tingçilik təsərrüfatı təşkil edir. Meyvə bağının 8 hektarında ərik, 16 hektarında isə şaftalı və nektarin ağacları əkilib. Hazırda təsərrüfat sahəsində perfect red ərik sortunun, plagold 11 şaftalı sortunun, gartairo nektarin çeşidinin yığımı həyata keçirilir.
Bundan başqa hazırda “İSFA” MMC-nin tingçilik təsərrüfatının 10 hektarında gilasın 15, şaftalı və nektarinin 23, badamın 7, almanın 6, xurmanın 2, əriyin 4, gavalının 5, alçanın 3, armudun 2, qozun 2 çeşidi yetişdirilir.
Qeyd edilib ki, “İSFA” MMC tərəfindən Yevlax Pilot Aqroparkına bugünədək 1 milyon manatdan çox investisiya yatırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
7 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
7 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
8 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
12 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
12 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
12 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
