Armatur, məftil və boru satan şirkətə 13 %-lə 2 milyon borca pul lazımdır
Aarmatur, məftil, borular, şveller və digər metal məhsulların satışı ilə məşğul olan “Almet Trading Baku” QSC şirkəti hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd (2 milyon manatlıq) faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır.
Marja.az xəbər verir ki, istiqrazların tədavül müddəti 24 ay, faiz dərəcəsi illik 13%-dir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir ödəniləcəkdir.
“Almet Trading Baku” şirkətinin əsas fəaliyyəti - meşə materiallarının, tikinti materiallarının və sanitar-texniki avadanlıqıların topdan satışıdır. “Almet Trading Baku” QSC şirkəti 2019 ildə fəaliyyətinə başlayıb. 2022-ci il tarixdən müxtəlif dəmir məhsulların istehsalı ilə məşğuldur.
“Almet Trading Baku” QSC-nin nizamnamə kapitalının 90%-i Rüstəmov Rüfət Telman oğluna, 10%-i Orucov Elxan Əlisaab oğluna məxsusdur. Cəmiyyətin ali idarəetmə orqanı onun Səhmdarlarının ümumi yığıncağıdır.
“Almet Trading Baku” şirkətinin mənfəəti 2021-ci ildə 2 milyon 604 min manat, 2022-ci ildə 1 milyon 8 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)



