Türkiyədə çay 43 faiz bahalaşdı
Çaykur çayda orta hesabla yüzdə 43 artım etdi.Türkiyənin əsas çay istehsalçısı "Çaykur" quru çay qiymətlərini artırıb.
Marja xəbər verir ki, qiymətləri orta hesabla 43 faiz artıran "Çaykur" topdansatış şirkətlərinə yeni qiymət siyahısı göndərib.
"Çaykur"un ən çox istehlak edilən iki çay markası "Tiryaki" və "Rize Turist" çox məşhurdur.
2023-cü ilin yanvar ayında hazırlanmış köhnə siyahıda 1 kiloqramlıq "Rize Turist" çayının tövsiyə edilən pərakəndə satış qiyməti 97,81 TL ikən, bu gün şirkətlərə göndərilən yeni siyahıda eyni çayın qiyməti 141,54 TL olaraq göstərilib. Beləliklə, "Rize Turist" çayı 44,7% bahalaşıb.
Köhnə siyahıda 1 kiloqramlıq "Tiryaki" çayının tövsiyə olunan pərakəndə satış qiyməti 95,95 TL olduğu halda, yeni siyahıda eyni çayın qiyməti 138,38 TL-yə yüksəlib. Beləliklə, “Tiryaki” markalı çayın qiyməti 44,2 faiz artıb.
Çaykurun bütün kateqoriyalarında orta qiymət artımı 43%-ə bərabərdir.
TÜİK-in may ayı məlumatlarına görə, Türkiyədə çay və digər dəmlənmiş içkilər qrupunda qiymətlər aylıq 1,48 faiz, illik müqayisədə isə 47,25 faiz artıb.
TÜİK-in inflyasiya səbətində çayın çəkisi 0,5902 faiz təşkil edir. Buna görə 43% artımın inflyasiyaya təsiri 0,25 bənd olaraq hesablanır. İyun ayındakı bu artımın təsiri iyul ayı inflyasiya məlumatlarında görünəcək.
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğan seçki prosesi zamanı mayın 3-də Rizədə keçirilən mitinqdə təzə çayın alış qiymətini açıqlamışdı. Prezident Ərdoğan, “Bu ilki dəstək ödənişi ilə təzə çayın alış qiymətini kiloqramına görə 64% artıraraq 11 lirə 30 sentə çatdırırıq” demişdi.
ÇAYSİAD İdarə Heyətinin üzvü Mustafa Yılmaz Kar, “Rəflərdəki çayın qiyməti 2023-cü ilin istehsal qiymətindən çox aşağıdır. Rəflərdə çay qiymətlərinin artması qaçılmazdır" demişdi.
"Çaykur"un qarşıdakı aylarda çay qiymətlərini yenidən 10-15 faiz artıra biləcəyi iddia olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 20 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi







.jpg)






.jpg)




