“Best Managed Companies Azerbaijan” layihəsinin builki qalibləri açıqlandı
Azərbaycanda ən yaxşı idarə olunan şirkətlər seçilib.(®) Artıq ikinci ildir ki Azərbaycanda müvəffəqiyyətlə həyata keçirilən “Best Managed Companies” beynəlxalq biznes müsabiqəsi 2023-cü ilin qaliblərini elan edilib.
Ölkənin biznes icmasının aparıcı şirkət nümayəndələri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə Avrora, Metak, Norm Sement və Veysəloğlu Şirkətlər Qrupu “Best Managed Companies Azerbaijan 2023” titulu ilə təltif edildilər.
“Best Managed Companies” layihəsi qlobal olaraq Deloitte tərəfindən 30 il ərzində 46 ölkədə uğurla həyata keçirilən müsabiqədir və əsas məqsədi yüksək biznes fəaliyyəti ilə fərqlənən yerli özəl şirkətləri cəmiyyətə tanıtmaqdır.
Bu layihə Azərbaycanda PAŞA Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, Sahibkarlığın İnkişafı Fondu, AMCHAM Azerbaijan, İctimai Televiziyanın dəstəyi və Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.
“Best Managed Companies Azerbaijan” layihəsinin Azərbaycanın biznes icmasına verdiyi töhfə aparıcı beynəlxalq bilik və təcrübəni paylaşmaq, ətraf mühitə qayğı və xeyriyyəçiliyə önəm verən şirkətləri tanıtmaq, yeni iş yerlərinin açılması və uğurlu bizneslərin inkişafına təkan verməkdir. Bu biznes müsabiqəsi Deloitte tərəfindən Azərbaycan hökumətinin özəl sahibkarlığın inkişaf strategiyasına dəstək verməsi üçün bir fürsətdir.
“Best Managed Companies” layihəsi çərçivəsində şirkətlər dörd meyar əsasında qiymətləndirilir: i. strategiya, ii. təşkilatın imkanları və innovasiyalar, iii. korporativ idarəetmə və maliyyənin idarə edilməsi, iv. korporativ mədəniyyət və məsuliyyət.
Müstəqil hakimlər heyəti tərəfindən qalib şirkətlər müəyyən edilir və yekun olaraq bir neçə şirkət “Best Managed Companies Azerbaijan” titulu ilə təltif olunur.
Müstəqil hakimlər heyətinin üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Guliyev, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Azercell Telekom” MMC-nin prezidenti Zarina Zeynalova, Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktorunun müavini Xəyyam Məmmədov, Sahibkarığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, “AMCHAM Azerbaijan”in prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğludur.
Best Managed Companies Mükafat Proqramının beynəlxalq tarixi
Best Managed Companies mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi uğurla həyata keçirilərək ölkənin ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABD, cənub-şərqi Asiya, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir.
Deloitte haqqında
Deloitte audit, vergi, hüquq və konsaltinq sahəsində peşəkar xidmətlər təklif etməklə, dünyanın aparıcı şirkətlərindən biridir. Deloitte Azərbaycan bazarında 20 ildən artıq müddətdə müvəffəqiyyətlə fəaliyyət göstərir və hal-hazırda Deloitte Bakı ofisində 200 nəfərə yaxın əməkdaş çalışır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
4 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)




.jpg)






