Nar-dan “Xoş gəldin” paketi
“Nar” xaricə səfər etməyə hazırlaşan abunəçilərinə sərfəli rominq kampaniyaları təqdim etməklə yanaşı, həm də Azərbaycana gələn çoxsaylı turistlər üçün əlverişli fürsətlər təklif edir.
Qiyməti cəmi 14 AZN təşkil edən “Xoş gəldin” paketi alındığı andan etibarən, istifadəçiyə beynəlxalq zənglər üçün 20 dəqiqə və 7 GB internet trafiki təqdim olunur. Paketdaxili internet üçün hesablama intervalı 40 KB, zənglər üçün hesablama intervalı isə 60 saniyə təşkil edir.
İstifadə müddəti 30 gün olan “Xoş gəldin” paketini alaraq sərfəli qiymətə danışmaq, mobil internetdən bol-bol istifadə etmək və təəsüratlarını bölüşmək mümkündür. Dəqiqələr və internetin qalığını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq, I yazıb 777 qısa nömrəsinə göndərmək və ya “şəxsi kabinet” xidmətindən istifadə etmək kifayətdir.
“Nar” tarif, kampaniya, məhsul və xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























