“PAŞA Həyat”ın dəstəyilə “Dirçəliş. Başlanğıc” kitabının təqdimatı baş tutdu - FOTOLAR
(®) 9 iyun tarixində Heydər Əliyev Mərkəzində PAŞA Həyat şirkətinin dəstəyi ilə “Dirçəliş. Başlanğıc” kitabının təqdimatı keçirilib.
“İRS” silsiləsi çərçivəsində sayca 21-ci olan “Dirçəliş. Başlanğıc” kitabı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Yeni nəşrin məqsədi Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad olunmuş torpaqlarında iki il ərzində baş vermiş dəyişiklikləri maksimal dərəcədə tam təsvir etməkdən ibarətdir. Kitab üçün xüsusi xəritə işlənilib ki, burada bütün proseslərin aparılma mexanizmi və onların mərhələləri göstərilir. Regionun dinc həyata qayıtması, avtomobil və dəmir yollarının çəkilməsi, bərpa edilən və yenidən tikilən su elektrik stansiyalarının, yeni hava limanlarının fəaliyyət göstərməsi, dağıdılmış şəhər və kəndlərin dirçəldilməsi haqda məlumatlar kitabda öz əksini tapıb.
Qeyd edək ki, nəşr “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanıb. Kitab azərbaycan, rus, ingilis dillərində nəşr edilmişdir.
Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı qələbə və Qarabağa qayıdış barədə fikirlərini bölüşüb.
“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov isə "Qarabağ" adlı kitabı ərsəyə gətirərkən torpaqların işğal altında olduğuna diqqət çəkib: "Biz şəkilləri çox çətinliklə əldə etmişdik. Amma artıq növbəti, bu silsilədən olan kitablarımızın nəşri zamanı torpaqlarımız Ali Baş Komandan və Ordumuzun sayəsində azad olundu. Amma tarix unudulmamalıdır, tarixi faktlar daima əlimizdə olmalı, hər zaman diqqətdə saxlanılmalıdır. Bu kitablar da bir tarixi faktdır".
İRS və "Azerbaijan Airlines" jurnallarının baş redaktoru Musa Mərcanlı ilin sonuna kimi bu silsilədən olan daha üç kitabın da nəşr olunacağını deyib: “Sizə bir sirr açım, biz ilin əvvəlində həmin ərazilərə səfər zamanı quruculuq işlərinin o qədər sürətli getdiyini gördük ki, dedik, kaş bütün bunların hamısını kitaba daxil edə biləydik".
Təqdimat mərasimində Prezident Administrasiyasından, AR Xarici İşlər Nazirliyindən, “Azərbaycan Hava Yolları”ndan nümayəndələr, diplomatlar, digər mədəni-ictimai xadimlər, media mənsubları iştirak ediblər.
Bildirək ki, İRS silsiləsi çərçivəsində ərsəyə gələn kitablar cəmiyyətimizin və ölkəmizin mədəni sərvətlərini tanıtmaq üçün əhəmiyyətli rol oynayır. Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini özündə əks etdirən yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına tarixçilər və xarici mütəxəssislər də cəlb olunur.
PAŞA Həyat və İRS Nəşriyyat Evinin birgə əməkdaşlığı çərçivəsində indiyədək çox sayda kitab işıq üzü görüb. Bunlar nəşr olunmuş “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Qədim və gözəl Qarabağ”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, ”Zəfər Salnaməsi”, “Qarabağ – əsrlərin salnaməsi”, “Gəncə - Nizami yurdu”, “Şəki - Gözəlliyin Sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın Qara Kitabı” və “Qarabağ – Qələbə Yolları ilə”, "Şuşa. Zirvədən uca", "Şuşa. Qarabağın ulduzu" və "Gizli ölüm toxumları" kitablarıdır.
Qeyd edək ki, Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin audit olunmuş məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 9 saat əvvəl
-
10 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
10 saat əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
11 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
12 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
1 gün əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif













