7 milyardlıq dövriyyəsi və 150 mindən çox işçisi olan şirkət Azərbaycana maraq göstərir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi: Texnopark rezidentliyi çərçivəsində iri beynəlxalq İKT şirkətləri Azərbaycana maraq göstərməyə başlayır20 iyunda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “Tech Mahindra” şirkətinin baş vitse-prezidenti Sandip Padke və şirkətin Avropa, Böyük Britaniya və İrlandiya üzrə strategiya rəhbəri Şobita Şetti ilə görüşüb.
Görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti də iştirak edib.
Görüş zamanı çıxış edən nazir Rəşad Nəbiyev “Tech Mahindra”nın nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, ölkənin rəqəmsal inkişafında İKT sektorunun mühüm rolunu qeyd edib və hökumətin yerli, eləcə də xarici şirkətlər üçün əlverişli biznes mühitinin yaradılmasına olan diqqətini xüsusi vurğulayıb.
Görüşdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, agentliyin beynəlxalq biznesin inkişafı üzrə rəhbəri Loukas Tzitzis tərəfindən ölkədə İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, vergi güzəştləri barədə təqdimat həyata keçirilib. Eyni zamanda yeni biznes imkanları yaradacaq və iki tərəf arasında bilik və texnologiyanın ötürülməsini asanlaşdıracaq uzunmüddətli əməkdaşlıq formatları müzakirə olunub.
Qeyd edək ki, 7 milyard dollarlıq dövriyyə və 150 mindən çox işçi qüvvəsinə sahib “Tech Mahindra” İKT sahəsində qlobal lider şirkətdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də edilmiş dəyişiklikdən və İKT sahəsində tətbiq edilən bir sıra güzəşt və imtiyazlardan sonra Azərbaycana maraq göstərən ilk multimilli şirkətlərdən biridir.
“Tech Mahindra”nın nümayəndə heyətinin Azərbaycana səfəri vaxtı, eyni zamanda yerli böyük qurum və şirkət rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. Səfərin məqsədi Azərbaycanın İKT mənzərəsinin potensialını öyrənmək, mümkün tərəfdaşlıq və biznes əlaqələrinin gücləndirilməsini təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
6 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 6 saat əvvəl
-
6 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















