"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" ötən ili zərərlə başa vurub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2022-ci ili 281 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildən 180 min manat xalis mənfəətlə çıxmışdı.
Ötən il "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin göstərdiyi xidmətlərdən gəlirləri 8,621 milyon manat (əvvəlki ilə nisbətən 25,9 % çox), xidmətlərinin maya dəyəri 7,753 milyon manat (33,7 % çox), ümumi və inzibati xərcləri 1,149 milyon manat (32,8 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin aktivləri 620 min manat olub ki, bu da illik müqayisədə 29,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 3,2 % artaraq 604 min manata çatıb, balans kapitalı isə 19,7 dəfə azalaraq 15 min manata düşüb.
Xatırladaq ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
23 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
33 d. əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
39 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















