Azərbaycanın Rusiya ilə sərhəddinə TIR növbələrinin yaranmaması müzakirə edildi
İyunun 23-də Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyası çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, rəhbər vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdovla görüşüb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə məsələlər müzakirə edilib.
XXX
Azərbaycan nümayəndə heyətinin növbəti ikitərəfli görüşü Yaponiya Maliyyə Nazirliyinin Gömrük və Tarif Bürosunun baş direktoru Kenji Suvazono ilə keçirib.
Görüşdə iki ölkənin gömrük orqanları arasında əlaqələrin daha da dərinləşdirilməsi, Orta Dəhliz boyu tranzit imkanlarının artırılması, gömrük dəyərinin müəyyənləşdirilməsi, potensialın gücləndirilməsi, informasiya texnologiyaları, ticarətin inkişaf etdirilməsi istiqamətində yeni alətlərin, qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı məsələlər müzakirə olunub.
XXX
Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyası çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri nümayəndə heyətləri arasında görüş keçirilib.
Birləşmiş Ərəb Əmirlikləri Federal Gömrük İdarəsinin Baş direktoru Ahmed Abdullah Bin Lahej Al Falasi, eləcə də Dubay və Şarjah gömrük administrasiyalarının rəhbərlərinin iştirak etdiyi görüşdə hər iki ölkənin gömrük orqanları arasındakı işgüzar münasibətlərin daha da gücləndirilməsi, əlaqələrin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin məlumat mübadiləsi, gömrük hüquqpozmaları, informasiya texnologiyaları, risklərin idarəolunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























