"Zəlzələ əmlak bazarında tərəddüdlər yaradır, cüzi ucuzlaşma gözləniləndir"
Əhalinin böyük əksəriyyəti zövq və maddi imkan, eləcə də infrastrukturun əlverişli olması baxımından bina evlərinə üstünlük verirlər. Lakin ayrı-ayrı dövrlərdə təbiətdə baş vermiş zəlzələ, daşqın və bu kimi təbii fəlakətlər müvəqqəti olaraq insanların psixologiyasına təsir edir və bu da əmlak bazarında müəyyən tərəddüdlər yaradır. Xüsusilə bu təsir bina evlərində daha qabarıq şəkildə özünü göstərir. Baş vermiş zəlzələ insanların şüurunda müəyyən iz buraxsa da, müvəqqəti xarakter daşıyır.
Bunu açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.
“Düşünürəm ki, bu, əmlak bazarında müvəqqəti durğunluq yarada bilər, lakin böyük miqyasda təsiri mümkün deyil. Növbəti dövrlərdə zəlzələ baş verməzsə, əmlak bazarında yaranmış tərəddüdlər tədricən yox olub gedəcək. Yaxın iki-üç ayda bina mənzillərində cüzi ucuzlaşma gözləniləndir, lakin davamlı olmayacaq. Hər keçən dövr ərzində daşınmaz əmlakın qiyməti durmadan artır. Bu qiymətlər fonunda zəlzələnin təsirləri yaddaşlardan silindikcə qiymətlərdə yenidən artım müşahidə ediləcək”, - deyə ekspert qeyd edib.
R.Hüseyn vurğulayıb ki, bir neçə ay əvvəl Türkiyədə baş vermiş zəlzələdən sonra bina evlərinin qiymətlərində durğunluq yaranmışdı. Lakin həmin dövrdən bir müddət sonra evlərin qiymətlərində yenidən artım müşahidə olundu. Hansı ki, Türkiyədə baş vermiş zəlzələnin miqyası daha böyük idi. Amma sözsüz ki, əhalinin bir hissəsi zəlzələdən sonra həyət evlərinə üstünlük verə bilər. Bu da qaçılmaz haldır. Lakin bu say da əmlak bazarındakı qiymətlərə təsir etmək gücündə deyil.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)


