Temperatur aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli, axşam dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeronda gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, iyulun 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə 3-5° aşağı enəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, iyulun 23-ü gündüzdən 25-dək bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4° aşağı enəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























