Bəzi brend araq, viski və tekila Binəqədidə texniki spirtdən hazırlanırmış
araq, viski, tekilaDaxil olan məlumat əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən spirtli içkilərin istehsalı müəssisəsində yoxlama keçirilib.
Yoxlama zamanı sexin gizli fəaliyyət göstərdiyi və kustar üsulla, standartlara cavab verməyən saxta spirtli içkilər hazırlandığı məlum olub.
Araşdırma zamanı Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənovun sexdə araq, viski, tekila və sair saxta spirtli içkilər hazırlayaraq Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında satışını təşkil etdikləri müəyyən edilib.
Baxış zamanı xeyli sayda saxta spirtli içki, ancaq istehsalatda istifadəsi nəzərdə tutulan, insan sağlamlığına ciddi ziyan vura bilən texniki spirt, qablaşdırma üçün nəzərdə tutulmuş yerli və xarici aksiz markalar, etiketlər, boş şüşə qablar və sair köməkçi vəsaitlər, eləcə də hazır məhsulların qablaşdırılmasında və aksiz markalarında uyğunsuzluqlar aşkarlanıb. Spirtli içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər yoxlamaya təqdim olunmayıb.
Müayinələrin aparılması məqsədilə spirtli içkilərdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Ekspertizaların nəticələrinə əsasən, spirtli içkilərin istehlaka tam yararsız və insan sağlamlığı üçün təhlükəli olduğu müəyyən olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)



.jpg)
