Daha bir bankın vəziyyəti məlum oldu - MƏNFƏƏTİ 65 DƏFƏDƏN ÇOX ARTIB
"Premium Bank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 5 milyon 112 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 78 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "Premium Bank" ASC-nin xalis mənfəəti 65,5 dəfə artıb.
Marja.az xəbər verir ki, "Premium Bank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 4,8% artaraq 16 milyon 53 min manat, qeyri-faiz gəlirləri isə 15,4% artaraq 8 milyon 665 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında "Premium Bank"ən cəmi əməliyyat gəlirləri 24 milyon 718 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 898 min manat, əməliyyat mənfəəti 4 milyon 820 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 291 min manatın hesabına mənfəət 5 milyon 112 min manata yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Premium Bank"ın cəmi əməliyyat gəlirləri 22 milyon 824 min manat, cəmi əməliyyat xərcləri 17 milyon 420 min manat, əməliyyat mənfəəti 5 milyon 404 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 5 milyon 325 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
"Premium Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 6,4% artaraq 30 iyun 2023-cü il tarixində 736 milyon 786 min manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7,7% artaraq 470 milyon 459 min manata yüksəlib.
"Premium Bank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 9,8% artaraq 512 miylon 313 manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 2,7% aratraq 349 milyon 781 min manata, hüquqi şəxslərin depozitləri isə 29,2% aratarq 162 milyon 532 min manata yüksəlib.
30 İyun 2023-cü il tarixində "Premium Bank" 172 miylon 485 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 d. sonra
-
44 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 45 d. əvvəl
-
-
52 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
58 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb






















