30 BOKT-un öhdəlikləri artıb
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 18-nin bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə az olub.
Bunlar, “Aqrarkredit”, “TCF”, “TBC Kredit”, “Optimal Finance”, “Premier Kredit”, “Effektinvest”, “Pro Kredit”, “Brand Credit”, “Nas Project”, “Para”, “Azkredit”, “Azmikroinvest”, “Finans İnvest”, “Qafqaz-Kredit”, “Caspian İnvest”, “Kredit Servis”, “İcraçı Kredit Agentliyi” və “Birkart”dır.
Ən çox azalma “Birkart”da (97,7%), ən az azalma isə “Aqrarkredit”də (1%) qeydə alınıb.
2 BOKT-un - “Aset Maliyyə Texnologiyaları” və “Finkapital” ın öhdəlikləri ötən il formalaşıb.
2 BOKT-un – “Azəri Star Mikromaliyyə” və “Azinvestkredit”in öhdəlikləri dəyişməyib.
Qalan 30 BOKT-un isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Fintrend”də (24,2 dəfə), ən aşağı dinamika isə “Finoko” və “PSG Finans”da (2,1%) qeydə alınıb.
6 BOKT-un öhdəlikləri 20 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 6-nın bu il yanvarın 1-nə öhdəlikləri 20 milyon manatdan çox olub.
Bunlar, “Aqrarkredit” (11 959,209 milyon manat), “Para” (41,541 milyon manat), “FİNKA Azərbaycan” (33,863 milyon manat), “Embafinans” (27,147 milyon manat), “International” (22,915 milyon manat) və “Finoko”dur (20,763 milyon manat).
Qalan 46 BOKT-dan 5-nin öhdəlikləri 10-20 milyon manat arasında, 23-nün öhdəlikləri 1-10 milyon manat arasında, 18-nin öhdəlikləri isə 1 milyon manatdan azdır.
18 BOKT-un balans kapitalı azalıb
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 18-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.
Bunlar, “Azfinans”, “Kredit Servis”, “Finans Kredit”, “Azkredit”, “FNC”, “Pro Kredit”, “Azmikroinvest”, “Finans İnvest”, “İcraçı Kredit Agentliyi”, “Merkuri”, “Azəri Star Mikromaliyyə”, “Brand Credit”, “Prior Credit”, “Caspian İnvest”, “Azərbaycan Mikro-Kredit”, “Aset Maliyyə Texnologiyaları”, “Azinvestkredit” və “Finex Kredit”dir.
Ən çox azalma “Finex Kredit”də (49%), ən az azalma isə “Azfinans”da (1,3%) qeydə alınıb.
1 BOKT-un – “Effektinvest”in balans kapitalı dəyişməyib.
2 BOKT-un “SF Azerbaijan” və “Para”nın balans kapitalının çatışmazlığı artıb. Müvafiq olaraq 11,3 dəfə və 12,1%.
Qalan 31 BOKT-un isə balans kapitalı artıb. Ən yüksək dinamika “Azpul”da (51,6 dəfə), ən aşağı dinamika isə “Embafinans”da (1,1%) qeydə alınıb.
6 BOKT-un balans kapitalı 15 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 6-nın bu il yanvarın 1-nə balans kapitalı 15 milyon manatdan çox olub.
Bunlar, “Aqrarkredit” (48,987 milyon manat), “Birkart” (30,705 milyon manat), “M Bulak” (19,278 milyon manat), “PSG Finans” (18,225 milyon manat), “Embafinans” (16,269 milyon manat) və “FİNKA Azərbaycan”dır (16,245 milyon manat).
Qalan 46 BOKT-dan 3-nün balans kapitalı 10-15 milyon manat arasında, 26-nın balans kapitalı 1-10 milyon manat arasında, 17-nin balans kapitalı isə 1 milyon manatdan azdır.
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 8 saat əvvəl
-
9 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
9 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
10 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
























