"Saxtakarlıq.Quyu və kəmər suları bulaq və mineral su adları ilə satılıb" başlığı "Saf Su" məhsuluna aid deyil - TƏKZİB
"Saf Su" markalı qablaşdırılmış içməli su məhsulunun istehsalçısı olan "Saf LTD" Məhdud Məsuliyyətli Müəssisəsinin icarəçisi Ağayev Pərviz Teymur oğlu, "Marja.az" İnstagram və TikTok səhifələrində paylaşılmış "Saxtakarlıq. Quyu və kəmər suları bulaq və mineral su adları ilə satılıb. “Vita 1000”, "Sizlik Su", “Gülüm”, "İpək Su", "Saf Su"... " başlıqlı.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qablaşdırılmış içməli sularla bağlı apardığı yoxlamaların nəticəsi barədə məlumat əsasında paylaşılmış posta etiraz edib.
Ağayev Pərviz Teymur oğlunun adından redkasiyamıza daxil olmuş məktubda qeyd edilib ki, "Saf Su" Respublikada ilk fəaliyyətə başlayan və yüksək keyfiyyətli içməli suyun satışını həyata keçirən müəssisələrdəndir. 13 İyul 2023-cü il tarixində ictimaiyyətə müəssisəmiz barədə "Saxtakarlıq. Quyu və kəmər suları bulaq və mineral su adları ilə satılıb. “Vita 1000”, "Sizlik Su", “Gülüm”, "İpək Su", "Saf Su"... " kimi ifadələrin yer aldığı başlıq dərc edilmişdir. Dərc edilmiş bu başlıqlı məlumat həqiqətləri əks etdirmir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bizim satış və istehsal sahələrimizdə aparılmış yoxlamalar da bunu deməyə əsas verir. Müəssisəmiz barədə yazılmış yalan məlumatlar müəssisənin adına və nüfuzuna ciddi zərər vurub. Bununla əlaqədar olaraq Marja.az-dan məlumatın təkzib olunması tələb olunub.
Marja.az da bildirir ki, "Marja.az" İnstagram və TikTok səhifələrində paylaşılmış görüntülü post üzərində "Saf Su" ticarət nişanının da adı, postun xəbər (mətn) hissəsində bu ticarət nişanı barədə də məlumatın yer aldığını bildirmək üçün yazılıb. Postun xəbər hissəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Saf Su" üzrə aşkarlanan uyğunsuzluğun "Suyun mənbəyi qeyd olunmayıb" olduğu qeyd edilib. Bildiririk ki, "Saxtakarlıq. Quyu və kəmər suları bulaq və mineral su adları ilə satılıb" başlığı xəbərdə belə uyğunsuzluğun aşkarlandığı digər su məhsullarını nəzərdə tutur və "Saf Su" məhsullarına aid deyil.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cari ilin may ayının 1-dən etibarən qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirləri aparıb. Müəyyən edilib ki, bir çox istehsalçınını satdığı qablaşdırılmış işməli suyun mənbəyi artezian quyusu və ya mərkəzləşdirilmiş su xətti olduğu halda, məhsulların üzərində "müalicəvi su", "mineral su" "bulaq suyu" yazılıb. AQTA aşkar edib ki, "Saf Su" məhsullarının üzərində ümumiyyətlə suyun mənbəyi qeyd olunmayıb.Uyğunsuzluqlarla əlaqədar tədbir görülüb, "Saf Su" məhsulunun üzərində "yüksək keyfiyyətli təbii artezian suyu" qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


