Azercell-in dəstəyi ilə “FIRST Robotics Competition” müsabiqəsində iştirak edən gənclər mükafatlandırıldı
Lider mobil operator gənc robototexniklərimizin sertifikasiya mərasimində iştirak edib(®) Azercell-in dəstəyi ilə “FIRST Robotics Competition” (FRC) müsabiqəsində Azərbaycanı təmsil edən MecHack #9030 komandasının mükafatlandırma mərasimi keçirilib. Xatırladaq ki, Azercell-in dəstəyi və “Train Brain” mərkəzinin təşkilatçılığı ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılıblar və mükafata layiq görülüblər.
Belə ki, MeckHack #9030 adı altında 22 gənc “FIRST Robotics Competition” (FRC) müsabiqəsi üçün hazırladığı robotu Nyu-Yorkda münsiflər heyətinə nümayiş etdirib. Elə ilk cəhddən finala yüksələn komandamız Hyuston şəhərində keçirilən çempionluq oyununda təqdim etdiyi sosial layihələrə görə vətənə xüsusi “Rookie Inspiration” mükafatı ilə dönüb.
Təntənəli tədbirdə iştirak edən gənc robototexniklər “Train Brain” mərkəzi və Azercell tərəfindən xüsusi sertifikatlarla təltif olunublar. Lider mobil operatorun nümayəndələri gənc robototexnikləri beynəlxalq uğur münasibətilə təbrik edib, komandamıza informasiya texnologiyaları və robototexnika sahəsindəki təhsillərində yeni nailliyətlər arzulayıblar. Eyni zamanda, tədbirdə “Azercell Telekom” komandaya göstərdiyi etimad və gənclərimizin inkişafına daim dəstək olduğu üçün “Train Brain” mərkəzi tərəfindən mükafata layiq görülüb.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 7 d. əvvəl
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
20 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
32 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb






.jpg)








.jpg)





