Azərbaycanda "TV24" üçün lisenziya verildi
Audiovizual Şuranın iclası keçirilib.
"Marja" xəbər verir ki, iclasda bir sıra məsələlər müzakirə olunub.
İlk olaraq, Bakı Teleqüllə Kompleksindən 33-cü və 36-cı TV yayım kanallarının multipleks operatorlarının istifadəsinə verilməsi üçün elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş ərizəçilərin ("ATV Plus" MMC və "AzəriGlobalServis" QSC) müsabiqəyə buraxılması haqqında müvafiq qərar qəbul edilib.
Qərara əsasən, müsabiqə komissiyası iddiaçıların sənədlərini və təkliflərini araşdırıb 15 gün ərzində Şura üzvlərinə öz rəyini bildirəcək və bundan sonra Şura müsabiqənin qalibini müəyyən edəcəkdir.
Daha sonra iclasda "Konnekt" QSC-nin peyk yayımı həyata keçirməyən platforma yayımçısı kimi təsisçisi olduğu televiziya kanallarının adlarının və yayım janrlarının dəyişilməsi ilə bağlı Şuraya edilmiş müraciətlərə baxılıb.
"Konnekt" QSC-nin təsisçisi olduğu peyk yayımı həyata keçirməyən platforma yayımçılarının adlarının və yayım janrlarının (film-kino janrlı "CTVHD", film-kino janrlı "CTVHD1" və film-kino janrlı "CTVHD2") dəyişilərək müvafiq olaraq film-kino janrlı "CTV Movies", musiqi-əyləncə janrlı "CTV Music" və uşaq proqramları janrlı "CTV Kids" kimi yenidən rəsmiləşdirilməsi barədə müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin, "STREAMHUB AZ" MMC-nin universal platforma operatoru (xidmət adı: "TV24" olmaqla) lisenziyasının verilməsi üçün Şuraya müraciətinə baxılmış və ərizəçiyə müvafiq lisenziyanın verilməsi barədə qəbul olunub.
Eyni zamanda, "İzone" MMC-dən ona verilmiş 26.12.2022-ci il tarixli UPO-017 qeydiyyat nömrəli universal platforma operatoru lisenziyasının ləğv olunması barədə Şuraya müraciətinə baxılaraq həmin lisenziyanın ləğv edilməsi barədə müvafiq qərar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















