Azərbaycanın Rusiyadan mal idxalı daha da artıb
Azərbaycan və Rusiya 7 ayda ticarət dövriyyəsini 30,6% artırıb. Azərbaycan ən çox idxalı Rusiyadan edir.2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 445 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30,6 faiz çoxdur.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Komitənin məlumatına görə, yanvar-iyul aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 711 milyon 534 min dollar (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 50,6% çox), Rusiyadan mal idxalı isə 1 milyard 734 milyon dollar (artım 23,8%) təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yeddi ayın yekunlarına görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Azərbaycanın məhsullar idxal etdiyi ölkələr arasında Rusiya Federasiyası liderlik edir. Bu dövrdə Rusiya ilə ticarət əməliyyatlarının payı respublikanın xarici ticarət dövriyyəsinin 8,06%-ni təşkil edib.
2022-ci ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 23,9% artaraq 3,71 milyard dollara çatıb. 2022-ci ildə Rusiya ilə ticarət əməliyyatlarının xüsusi çəkisi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 7,04 faiz təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




