Aqrar Sığorta Fondu fermerlərə - ÖDƏNİŞLƏRİNİ AÇIQLADI – RƏQƏMLƏR
Aqrar Sığorta Fondu (ASF) aqrar sığorta hadisələri üzrə 2023-cü ilin yanvar-iyun ayları üzrə həyata keçirilən ödənişləri açıqlayıb.
Fondun məlumatına görə, 2023-cü ilin ilk 6 ayı ərzində fermer və təsərrüfatlara ümumilikdə 1 milyon 175 min manat ödəniş həyata keçirilib.
Sığorta ödənişlərinin 742,3 min manatı bitkiçilik, 432,4 min manatı isə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə həyata keçirilib. Hesabat dövründə bitkiçilik sahəsi üzrə 250-yə yaxın sahibkar və təsərrüfat sığorta ödənişi alıb.
Bitkiçilik üzrə ən çox sığorta ödənişləri pambıqçılıq sahəsi üzrə olub. Bu sahə üzrə 100 fermer və təsərrüfata 372 042 manat ödəniş edilib. Arpa əkinləri üzrə 85 fermerə 190 684 manat, buğda sahəsi üzrə isə 35 fermerə 158 241 manat ödəniş həyata keçirilib.
Heyvandarlıq sahəsi üzrə isə 24 fermer və təsərrüfat sığorta hadisəsi ilə bağlı ödəniş alıb. Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Buraya təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















