Azərbaycanın iki şirkəti beynəlxalq “Stevie” mükafatına layiq görüldü

Azərbaycan iqtisadiyyatının inkişafında xüsusi rola malik iki aparıcı şirkət dünyanın nüfuzlu “2023 - Beynəlxalq Biznes Müsabiqəsi”nin (International Business Awards) qalibi elan olunub.
Bu müsabiqədə Azərbaycanın iki şirkəti - Azərbaycanın lider mobil operatoru olan “Azercell Telekom” MMC və Azərbaycan daşınmaz əmlak bazarında əhəmiyyətli təcrübəyə malik olan “Baku City Residence” şirkəti qalib olublar və “STEVIE” Beynəlxalq Biznes Mükafatına layiq görülüblər.
Mükafat 2023-cü ilin oktyabr ayında Avropada təşkil edilən mərasimdə təqdim ediləcək.
Seçim zamanı ekspertlər “Azercell Telekom” MMC-ni ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması naminə texnoloji yeniliklərin tətbiqi, “Baku City Residence” şirkətini isə Azərbaycanın daşınmaz əmlak bazarında tətbiq etdiyi innovativ yanaşmalar və bunun əsasında tutduğu mövqeyi, eləcə də imza atdığı beynəlxalq tərəfdaşlıq müqavilələri istiqamətindəki səyləri əsasında qiymətləndiriblər.
Bu ilki müsabiqə “Satış”, “Müştəri xidməti və əlaqə mərkəzi”, “Yeni məhsul və xidmət”, “Həll yolları təchizatçısı” və “Biznesin inkişafı” nominasiyaları üzdə keçirilib.
“STEVIE” Beynəlxalq Biznes Mükafat haqqında
“American Business Awards” mükafatının ilk təqdimatı 2002-ci ildə keçirilib. 2003-cü ildə isə “International Business Awards” təqdim edilib.
Dünya işgüzar aləmində mötəbər mükafatlardan biri olan “STEVIE” Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir.
ABŞ-da fəaliyyət göstərən “STEVIE Awards” təşkilatı tərəfindən keçirilən müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir. Məqsədi isə dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır.
Satışlar və Müştəri Xidməti üzrə STEVIE Mükafatları (STEVIE Awards for Sales & Customer Service) dünyanın hər yerində müştəri xidməti, əlaqə mərkəzi, biznesin inkişafı və satış üzrə mütəxəssislər sahəsindəki nailiyyətləri qeyd edir.
Beynəlxalq mükafata layiq görülən “Azercell”-in ölkə əhalisi üzrə əhatə dairəsi 98,80% təşkil edir
Bildirək ki, LTE texnologiyaları üzrə xidmət göstərən “Azercell” MMC 5 milyondan çox abunəçiyə xidmət göstərir. Ölkə ərazisi üzrə əhatə dairəsi 94,40%, ölkə əhalisi üzrə əhatə dairəsi 98,80% təşkil edir.
“Azercell” MMC ISO 9001:2008, ISO 10002:2014, IIP (Investors In People) - İnsanlara Sərmayədar (İS) və EN15838 (müştərilərlə əlaqələrin yüksək səviyyəsinə zəmanət) beynəlxalq standartlarına sahibdir.
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə "Big Data" texnologiyasını tətbiq edən “Azercell Telekom” kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiq etməklə, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan etməyə çalışır.
“Azercell Telekom” indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək STEVIE mükafatına layiq görülüb.
“STEVIE” Beynəlxalq Biznes Mükafatına layiq görülən “Baku City Residence” müasir memarlıq üslubunda yaşayış kompleksləri təklif edir
Özünəməxsus yerə və zəngin təcrübəyə malik olan “Baku City Residence” (BCR) şirkəti 10 ildən çoxdur ki, Azərbaycanın daşınmaz əmlak bazarında və sərmayə sahəsində layihələri ilə böyük nüfuz qazanıb. Səbəbi də onunla bağlıdır ki, zamanın tələblərinə uyğun inkişaf etmiş infrastruktura və müasir memarlıq üslubuna malik, yaşayış və biznes kompleksləri bazarında müxtəlif layihələr təqdim edir.
Düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club Residence” kimi layihələrə imza atan şirkət yerli və əcnəbi sakin və sərmayəçilər üçün müasir memarlıq üslubunda yaşayış və biznes kompleksləri təklif edir. Əsasən Bakı şəhərinin mərkəzində yerləşən, müştərilərin bütün tələb və istəklərini özündə cəmləşdirən, ən müasir, yüksək standartlara cavab verən yaşayış kompeksləri layihələrinin tikintisi və satışı həyata keçirilir.
© Bizim.Media
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
19 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
5 d. əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 50 d. əvvəl
-
50 d. əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
1 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
2 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
-
2 saat əvvəl
"Müştəri gediş qiymətini operator proqramı vasitəsilə müəyyənləşdirə bilər"
- 2 saat əvvəl
Son Xəbərlər

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti

BVF: Qlobal borcun dünya ÜDM-nə nisbəti 235%-i keçib

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
