Türkiyədə qəzet və jurnalların tirajı 20 faiz azalıb
Türkiyə qəzetin ən çox alındığı ölkələrdən biridir. Buna baxmayaraq, bu ölkədə də qəzet alanların sayı azalır.
"Marja" xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK), 2016-ci ilə dair yazılı media statistikalarını açıqlayıb.
Statistikaya görə, Türkiyədə dərc olunan qəzet və jurnalların sayı, 2016-da bir əvvəlki illə müqayisədə 7,9 faiz azalıb. Keçən il 6265 qəzet və jurnal dərc olunub, bu nəşrlərin 59,7%-ni jurnallar təşkil edib.
Qəzet və jurnalların tirajı, 2016-da 2015-ci illə müqayisədə 20 faiz azalıb. Türkiyədə keçən il dərc olunan qəzet və jurnalların illik ümumi tirajı 1 milyard 705 milyon 225 min, bunun 94,1 faizinin qəzetlərdən ibarət olub.
Ötən il qəzetlərin 90,7%-i yerli, 6,6%-i beynəlxalq, 2,6%-i regional nəşr edilib. Jurnalların isə 54,8%-i beynəlxalq, 39,3%-i yerli, 5,8%-i regional yayım həyata keçirib.
İllik tirajın 90%-i gündəlik qəzetlərdir
Ötən il qəzetlərin 30%-i həftəlik, 24%-i həftədə 2-6 gün arası, 15,5%-i gündəlik olaraq dərc olunub, digərləri müxtəlif periodlarla oxucularına çatıb. Jurnalların isə 23,8%-i aylıq, 21,2%-i üç aylıq, 15%-i altı aylıq olaraq dərc olunub.
Qəzetlərin illik tirajının 90%-ni gündəlik, 5,9%-ni həftədə 2-6 gün arası, 2,3%-ni həftəlik olaraq yayımlanan qəzetlərin, jurnalların isə illik tirajının 56%-ni aylıq, 12,2%-ni həftəlik, 11,7%-ni üç aylıq dərc olunan jurnallar təşkil edib.
Dərc olunan qəzetlərin 86,9%-i siyasi-ictimai, 2,9%-i ixtisaslaşmış, 2,1%-i yerli hakimiyyət məzmunlu olarkən, jurnalların 18,1-i ixtisaslaşmış, 13,3%-i elmi, 7,6%-i təhsil-imtahan məzmunlu yayım həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























