Dünyanın nüfuzlu məktəblər şəbəkəsi Azərbaycanda
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School”la əməkdaşlığı elan edir.
Bu barədə Marja.az-a Agentlikdən bildirilib.
Qeyd edilib ki, əməkdaşlığa əsasən, kompüter elmləri və proqram təminatı mühəndisliyi üzrə ixtisaslaşmış Holberton Azərbaycanda yeni tədris proqramına start verir.
Qeyd edək ki, Holberton Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir.
Proqramdan İKT sahəsində təhsil almaq istəyən 18 yaşdan yuxarı hər kəs yararlana biləcək. Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçiriləcək ki, bu yanaşma tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradacaq.
Seçim prosesi onlayn formada baş tutacaq. Belə ki, müvafiq veb-saytdan qeydiyyatdan keçərək müraciət edən şəxsə 3 addımdan ibarət tapşırıqlar veriləcək. Sonuncu addımda namizədlər Holberton nümayəndələri tərəfindən müsahibəyə cəlb olunacaq. Bu mərhələlərdə namizədin məntiqi və analitik düşüncə qabiliyyəti ölçüləcək və onlardan kompüter elmləri, proqramlaşdırma bilikləri tələb olunmayacaq. Eyni zamanda seçim prosesi ingilis dilində baş tutacaq ki, burada da namizədin dil biliyinin olması zəruridir.
Bu mərhələləri uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edəcək və tam təqaüdlü təhsil imkanı qazanacaq. Proqram müddətində dərslər əyani formada, hər gün 09:00-dan 18:00-a qədər davam edəcək.
Tələbələr ilk 9 ayda kompüter elmləri üzrə təməl bacarıqları mənimsədikdən sonra kiçik proqram təminatı mühəndisi kimi işləyə və ya proqramın təqdim etdiyi altı ixtisasdan birinə (maşın öyrənməsi[IV1] [PR2] , artırılmış və virtual reallıq, “Low level and Algorithms”, “Full stack”, “Front-end” və “Back-end” proqramlaşdırma) müraciət edə bilərlər.
Müraciət üçün keçid edin: www.holbertonschool.com/apply
Proqramla bağlı ətraflı məlumatı holbertonschool.com saytı vasitəsilə əldə edə bilərsiniz.
Müraciət üçün son qeydiyyat tarixi sentyabrın 28-dir.
Qeyd edək ki, dərslərə 2023-cü ilin oktyabr ayından start veriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









.jpg)
