Azərbaycanda pensiya alanların sayı azalıb
2023-cü il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 96,6 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.
Marja.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, olnların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların cəmi sayı 5,4 faiz, o cümlədən əlilliyə görə pensiya alanların sayı 16,4 faiz, ailə başçısını itirməyə görə pensiya alanların sayı 9,7 faiz azalmış, yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artmışdır.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435,0 manat təşkil etmiş və orta aylıq əmək haqqının 47,2 faizinə bərabər olmuşdur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunmuşdur.
Məlumatda qeyd edilib ki, ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 137,6 min (ötən ilin iyulun 1-i vəziyyətinə 124,1 min) nəfər, əlilliyə görə - 47,1 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 215,2 min (müvafiq olaraq 52,2 min və 210,4 min) nəfər, ailə başçısını itirməyə görə - 54,7 min (53,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 25,8 min (22,5 min) nəfər olmuşdur.
Eyni zamanda, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 5,1 min ailəsinə 7,9 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 196 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bundan əlavə, 5472 nəfər bir yaşınadək uşağı olan 5338 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 11,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 304 şəxsə isə kompensasiya verilmişdir.
2023-cü ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 22,9 min ailəyə 23,8 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,3 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,1 min nəfərə birdəfəlik müavinətlər verilmişdir.
2023-cü il iyulun 1-i vəziyyətinə 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 105,32 manat təşkil etmişdir.
Bundan əlavə, müxtəlif kateqoriyadan olan 388,2 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
6 saat əvvəl
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
-
-
8 saat əvvəl
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
-
9 saat əvvəl
Mis bazarında "ralli": 14 000 dollar həddi test edildi - Yeni rekordlar gözlənilir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
-
10 saat əvvəl
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
-
11 saat əvvəl
Aqrar Sığorta Fondu vəhşi heyvan hücumları ilə bağlı fermerlərə müraciət edib
-
11 saat əvvəl
Bakı Fond Birjasında “PAŞA Bank”ın müraciətinə baxılıb, qərar qəbul edilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO
eBay 56 milyard dollarlıq satınalma təklifinə “yox” dedi
Forum ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Faciə xəbərini oxuyuruq, amma dərs çıxarmırıq. Niyə?
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət - 47 milyon sərmayə yatırıb, siqaret istehsal edəcək
Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış olub
PAŞA Bank səhmlərinə abunə yazılışının müddətini uzatdı
Ağacdan sənayedə istifadəyə dair qanun layihəsi hazırlanır







.jpg)




.jpg)







