Rəqəmsallaşma logistikanın fəaliyyətinə necə təsir edir?
“AVT Logistics” şirkətində əməliyyatlar başdan-başa onlayn idarə edilir(®) Son illər texnologiyaların sürətli inkişafı qlobal iqtisadiyyatın bütün sahələrinə təsir edib. Logistika şirkətləri itkiləri azaltmaq, iqtisadiyyatın yeni tələblərini ödəmək və innovativ üsullara işləmək üçün strategiyalarını dəyişdirirlər.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” Azərbaycanda daşınma və saxlama təchizat zənciri üzrə böyük şirkətidir. Müəssisə müştərilərə təqdim olunan məhsulların yüksək keyfiyyətli və təhlükəsiz şəkildə saxlanmasını təmin edir. Məhsulları mükəmməl keyfiyyətdə çatdırmaq və yollarda qət edilən məsafəni azaltmaq üçün üç temperaturlu yük maşınlarından istifadə edilir və hər gün 58.000 km qət edilərək bütün Azərbaycan üzrə 4.300 nöqtəyə mal çatdırılır.
Şirkət fəaliyyətini rəqəmsallaşdırmaq istiqamətində təşəbbüslərini davam etdirir. Ərzaq təhlükəsizliyini prioritet qəbul edən müəssisə müştərilərə keyfiyyətli məhsulların çatdırılması üçün nəqliyyat vasitələrində hərarət sensorlarından istifadə edir.
Sensorlar soyuq zəncir qırılmalarının qarşısını alır
Məhsulların keyfiyyətinə həm anbarlarda, həm də nəqliyyat vasitələrində sensorlar vasitəsi ilə nəzarət edilir. Saatlıq temperatur göstəriciləri ilə bağlı cavabdeh şəxslərə sistem tərəfindən bildirişlər göndərilir. Temperatur sensorları vasitəsi ilə soyuq zəncir qırılmalarının və keyfiyyət pozulmalarının qarşısı alınır. Müştərilərə keyfiyyətli məhsulların çatdırılması üçün nəqliyyat vasitələrində hərarət sensorları quraşdırılır. İş yerindən kənarda 7/24 istənilən anbar və nəqliyyat üzrə temperatur axışını izləmək mümkündür.
Logistika başdan-başa onlayn idarə edilir
Şirkətdə rəqəmsal transformasiya ilə bağlı dünyada məşhur olan “SAP” layihəsi tətbiq edilir. ”SAP” logistik proseslərin tamamilə onlayn idarə olunmasına kömək edir. Proqramın istifadəsində əsas məqsəd vahid proqram təminatının idarə edilməsi və lazım olan anlıq hesabatları izləyə bilməkdir.
Nəqliyyat vasitələrinin hərəkətinə onlayn nəzarət
“AVT Logistics” şirkətində olan nəqliyyat vasitələrinə GPS sistemi tətbiq olunub. Bütün ərazilərə təyin olunmuş nəqliyyat vasitələrində GPS sistemi mövcuddur.
Nəqliyyat vasitələrinin icra etdiyi bütün əməliyyatlar GPS “webtrack.ws” saytı vasitəsi izlənilir. Nəqliyyat vasitələrinin getdiyi ərazilər geozonalara ayrılır. Hər mağazanın özünəməxsus geozonası olur. Nəqliyyat vasitələri bu geozonalara daxil olduqda sistemə bildiriş daxil olur.
Heç bir təmas olmadan çatdırılma
Qrupa daxil olan “Araz” və “OBA” mağazalarına fəaliyyət göstərən nəqliyyat vasitələrinə elektron kilid quraşdırılıb. Elektron kilid depodan yüklənən məhsulların müştəriyə qədər heç bir təmas olmadan çatdırılmasını təmin edir. Elektron kilid-məhsul maşına yüklənir, avtomobilin qapısı bağlanır, qapıdan çıxdıqdan sonra elektron kilid avtomatik olaraq qapanır. Hər nəqliyyat vasitəsinin özünəməxsus xüsusi kodlu elektron açarı olur. O elektron açarlar da nəqliyyat vasitəsinin GPS sisteminə bağlı olur.
“AVT Logistics”də rəqəmsallaşma logistik fəaliyyətlərdə təchizat zəncinin daha səmərəli, sürətli və keyfiyyətli idarə edilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi


















.jpg)



