Dollar indeksi ardıcıl 3 gün düşüb - GÜNƏ BAXIŞ
Son iqtisadi məlumatlardan sonra ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımlarını dayandıra biləcəyi ehtimallarının artması fonunda dollar indeksi (DXY) ardıcıl üçüncü günü də enişlə başa vurdu.
ABŞ-dakı zəif iqtisadi məlumatların FED-in monetar siyasəti daha da sərtləşdirməsinə mane olacağı ehtimallarının təsiri ilə bütün major valyutalarda, eləcə də qızılda müsbət tendensiya müşahidə olunur.
Amerikada açıqlanan “JOLTS” Vakant İş Yerlərinin sayı məlumatlarının ardınca, dünən dərc olunan Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı (ADP) ilə bağlı məlumatlar da əmək bazarında yavaşlamanın yaşandığını göstərdi.
Çərşənbə günü açıqlanan statistik rəqəmlərə görə, ABŞ-da Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı avqust ayında pronozlaşdırılandan daha az, 177 min nəfər artıb. ABŞ-da ikinci rübüdə ÜDM-in həcminə dair artım məlumatları da 2.4%-dən 2.1%-ə redaktə edilib.
Ölkə iqtisadiyyatının ikinci rübdə proqnozlaşdırılandan az böyüdüyünü və əmək bazarı göstəricilərinin ehtimal edilənən çox yavaşladığını göstərən məlumatlardan sonra valyuta birjalarında qiymətlərin formalaşmasında FED-in sentyabr toplantısında uçot faizini sabit saxlayacağına dair ehtimallar 90%-ə çatıb.
Bugün isə Amerikada açıqlanacaq önəmli inflyasiya göstəricilərindən olan şəxsi gəlirlər, şəxsi xərclər, şəxsi xərclərin qiymət indeksi kimi statistik rəqəmlər valyuta birjalarında ciddi volatilliyə səbəb ola bilər. Ancaq eyni zamanda bu gün Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi, həmçinin, Avrozonada və Almaniyada açıqlanacaq əmək bazarı göstəriciləri də birjaların diqqət mərkəzində yer alacaq.
Çərşənbə günü dolların ucuzlaşması fonunda qızıl 1948$-a kimi bahalaşdı. Hazırda 1945$-dan təklif olunan qiymətli metalın qiyməti 1951$ həddini qırabilsə, artım tendensiyası 1961$ və 1970$-a kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





