Almaniyada 4 iş günü təcrübəsi sınaqdan keçiriləcək
İşçilərin maaşları isə dəyişməz qalacaq.Almaniyada maaşları dəyişmədən, iş həftəsini dörd günə endirmək təcrübəsi sınaqdan keçiriləcək.
Marja.az xəbər verir ki, nəticəni konsaltinq şirkəti Intraprenör və Münster Universitetinin alimləri qiymətləndirəcək.
Tədqiqatda müxtəlif sənaye sahələrini təmsil edən 50-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.
Təcrübə, həftədə beş gün əvəzinə dörd gün işləyən işçilərin əslində həyatlarından daha çox razı olub-olmadığını, özlərini daha sağlam hiss edib-etmədiklərini, həkimlərə daha az müraciət edib-etmədiklərini və məhsuldarlığın eyni qalıb-qalmadığını öyrənmək məqsədi daşıyır.
Şirkətlər eksperimentdə iştirak etmək üçün müraciət edə bilərlər. Fevralın 1-dən (fevral-avqust) etibarən iştirakçı şirkətlər altı ay ərzində dördgünlük iş həftəsinə keçəcək, işçilərin maaşları isə dəyişməz qalacaq.
Intraprenör şirkətlərə düzgün iş vaxtı modellərini seçməkdə kömək edir.
Almaniyanın pilot layihəsinin ilkin nəticələri gələn ilin may ayında açıqlanacaq. Yekun hesabatın dərci oktyabr ayına planlaşdırılır. Pilot layihə şirkətlərin özləri tərəfindən maliyyələşdiriləcək. Dövlət tərəfindən hələ də maliyyə ayrılmayıb.
Layihə digər ölkələrdə, məsələn, Böyük Britaniyada oxşar təcrübələr aparmış “4 Day Week” qeyri-kommersiya təşkilatı tərəfindən dəstəklənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























