Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Cari həftənin ilk günü ABŞ sessiyasındakı fasilədən istifadə edərək dollar qarşısında bahalaşan major valyutalar dünən kəskin ucuzlaşmaları ilə diqqət çəkdilər.
Fond bazarları ABŞ-da xəzinə istiqrazlarının artan gəlirliliyi və bahalaşan neft qiymətlərinin təzyiqi ilə mənfi istiqamətdə hərəkət edib.
Analitiklər, ABŞ Xəzinədarlığı istiqrazlarının gəlirlərinin iqtisadi məlumatların dayanıqlılıq göstərməsi və daxil olan məlumatların tezliklə faiz dərəcələrinin dəyişdirilməsinə ehtiyac olmadığına işarə etdiyi üçün yüksəldiyini bildirib.
ABŞ-da xam neftin qiymətinin 1%-dən çox bahalaşdığına diqqət çəkən analitiklər, neft qiymətlərindəki son artımın ölkənin inflyasiya ilə mübarizəsinə mane ola biləcəyini bildiriblər.
Makroiqtisadi məlumatlar tərəfində, ABŞ-da sənaye sektorunun yaxın gələcək performansına işıq tutan fabrik sifarişləri iyul ayında ehtimal ediləndən daha az, 2.1% azaldı.
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) rəsmilərinin açıqlamalarını gəldikdə isə FED İdarə Heyətinin üzvü Kristofer Uoller bildirib ki, son iqtisadi məlumatlar FED-ə inflyasiyaya nəzarət etmək üçün əlavə faiz artımının zəruri olub-olmadığına qərar vermək üçün müəyyən vaxt verəcək.
Açıqlanacaq makroiqtisadi göstəricilər FED-in yenidən faiz artırıb artırmayacağına istiqamət verəcəyini vurğulayan Uoller, faiz artımlarının sona çatıb-çatmadığını söyləmək üçün daha çox məlumat lazım olduğunu qeyd edib.
Natiq daha bir faiz artımının iqtisadiyyatı resessiyaya sürükləməyəcəyini də vurğulayıb.
Çərşənbə axşamı EUR/USD və GBP/USD məzənnələri son 3 ayın minimumlarına geriləyiblər. Hazırda müvafiq olaraq 1.0730 və 1.2570 hədlərində dalğalanan EURUSD və GBPUSD məzənnələrində “ayılar” qiyməti 1.0710 və 1.2560 həddlərinin altına sala və səviyyənin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Bu gün Amerikada açıqlanacaq İSM Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və ticarət dövriyyəsinə dair göstəricilər dolların dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























