"Ermənistan qüvvələrinin sursatları tükənir, geri çəkilib dinc əhalini məcburi qaydada silahlandırırlar"
Sentyabrın 20-də Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün növbəti brifinq keçirilib.
Marja.az xəbər verir ki, Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib:
"Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.
Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.
Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif xarakterli dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı. Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər təqdim olunardı. Onu da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir.
Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir.
Digər vacib bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda, Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar.
Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq və bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaqdır.
Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq. Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır.
Qeyd etdiyim faktları və məlumat vərəqələrini texniki heyətin dəstəyi ilə sizə təqdim edirəm.
Bundan başqa, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır.
Hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir. Mövcud şərait bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".
Brifinq zamanı media nümayəndələrinə qeyd edilən faktların əks olunduğu videomateriallar da təqdim edilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























