Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Tərkibində təhlükəli qatqı və antibiotik aşkarlanıb - AZƏRBAYCANA İXRACINA MƏHDUDİYYƏT QOYULDU

Rusiya “Starodvorye Kolbasa” QSC-nin hazır ət məhsullarının xarici bazarlara ixracına məhdudiyyətlər tətbiq edilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tərkibində təhlükəli qatqı və antibiotik aşkarlanıb - AZƏRBAYCANA İXRACINA MƏHDUDİYYƏT QOYULDU
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda da satılan Rusiyanın məşhur "Starodvorye" brendinin (“Starodvorye Kolbasa" QSC) kolbasa və sosiskalarında təhlükəli qatqı və antibiotik aşkarlanıb.

Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, brendin kolbasalarının tərkibində enrofloksasin aşkar edilib. Enrofloksasin tərkibli qida məhsullarının müntəzəm istehlakı antibiotiklərə qarşı müqavimət üçün ilkin şərait yaradır. Həmçinin bu antibiotik ishal, qusma və baş ağrısına səbəb ola bilər.

Reklam_3_11

Brendin sosiskalarında qida əlavəsi olan karagenan aşkar edilib. Bu maddənin tez-tez istifadəsi xora və şiş ehtimalını artırır. Həmçinin ət məhsullarında həddindən artıq miqdarda karagenanın olması allergik reaksiyalara səbəb ola bilər.

"Rosselxoznadzor" Şirkətin məhsullarının Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Tacikistan, Türkmənistan, Monqolustan, Vyetnam, BƏƏ və Seyşel adalarına ixracına məhdudiyyət qoyub. Qeyd edilib ki, Starodvorye" məhsullarında baytarlıq-sanitariya tələblərinə uyğunsuzluq dəfələrlə aşkarlanıb.

Rusiyanın “Starodvorye Kolbasa” QSC şirkətinin Azərbaycanda tərəfdaşı  "AQRO-VEST DC" MMC şirkətidir.

Starodvorye
25.09.2023 15:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Sahil Babayev iclas keçirdi
Sahil Babayev iclas keçirdi
15.12.2025 14:09
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18