"Neftin qiymətinin aşağı olması ilə Ukraynadakı müharibənin qarşısı alına bilərdi"
ABŞ-ın eks-prezidenti Donald Tramp bildirib ki, əgər o, 2022-ci ildə dövlət başçısı postunu tutsaydı, Rusiya Ukraynada hərbi əməliyyatlara başlamazdı. Siyasətçinin fikrincə, bu, “neftin çox aşağı qiymətləri” ilə mümkün olardı. Neft ucuz olsaydı Rusiya Federasiyası qonşu dövlətin ərazisində hərbi əməliyyatlar apara bilməyəcəkdi.
“Dünyada neftin qiyməti o qədər aşağı olacaq ki, Rusiya xərclərini ödəyə bilməyəcək, Ukraynanı işğal etməyəcək. Qiymət barel üçün 40 dollar olmalıdır”, - deyə Tramp Amerikanın Miçiqan ştatında çıxışı zamanı bildirib.
ABŞ-ın keçmiş prezidenti əlavə edib ki, hazırkı dövlət başçısı Co Bayden bunun üçün bütün imkanlara malik olsa da, Ukraynadakı hərbi münaqişənin tez bir zamanda dayandırılması üçün heç nə etmir.
Bundan əvvəl Tramp dəfələrlə bəyan edib ki, o, ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ukrayna böhranını “24 saat ərzində” həll etməyə hazırdır. O, Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı təkliflərinin konkret təfərrüatlarını açıqlamır, öz sülh planının təfərrüatları barədə danışmağa başlasa, “bütün kozırlarını itirəcəyinə” işarə edir.
İndi Donald Tramp Respublikaçılar Partiyasından 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ prezidentliyinə namizəddir. O, ilkin səsvermədə qələbə qazanacağı təqdirdə gələn ilin noyabrında keçiriləcək ümumi seçkilərdə iştirak etmək hüququ qazanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 28 d. əvvəl
-
-
41 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 58 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə






























