Cabbarov şirkət sədri ilə müzakirələr aparıb
“Acwa Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası, dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşüb.
İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə “Acwa Power” şirkəti ilə əməkdaşlığa önəm verilir.
Görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə edilib.
XX
İqtisadiyyat naziri Mikayıl Cabbarov "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə görüşüb.
"ACWA Power şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq:
– Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti;
– Alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi;
– Yaşılenerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları", - Mikayıl Cabbarov bildirib.
Səudiyyə ərəbistanının "ACWA Power" şirkəti enerji istehsalı, bərpa olunan enerji və duzsuzlaşdırılmış su istehsalı zavodları portfelinin tərtibatçısı, investoru, ortaq sahibi və operatoru sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
53 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
57 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























