NEQSOL Holding və Təhsilin İnkişafı Fondu tələbə qızlar üçün təqaüd proqramı elan edir
(®) Təhsilin İnkişafı Fondu və NEQSOL Holding arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə imzalayıb.
Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbə qızlar üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki quruma təşəkkürünü bildirib: “Səmərəli tərəfdaşlıq formalarından biri də korporativ sosial məsuliyyət çərçivəsində olan əməkdaşlıqdır. Əminəm ki, bu əməkdaşlığın yaxşı nəticələri olacaq və gələcəkdə yeni layihələr də həyata keçiriləcək”.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov NEQSOL Holding və Təhsilin İnkişaf Fondu (TİF) arasında dövlət-özəl tərəfdaşlıq nümunəsi olan bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Əməkdaşlıq çərçivəsində qızların təhsilinə dəstək, eləcə də TİF-in təşkilatçılığı ilə dövlət-universitet-sənaye işbirliyinə dair Təhsilin İnkişafı Forumunun və digər mümkün təşəbbüslərin dəstəklənməsi gözlənilir”.
“NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı holdinqin diqqət mərkəzindədir və bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilib: “Gənc qızların təhsilinə dəstək layihəsi çərçivəsində tələbələr il ərzində aylıq təqaüd almaqla yanaşı, təhsil sahələri üzrə təcrübə keçmək, mentorluq proqramında iştirak və digər imkanlardan faydalana biləcəklər. Layihə onların peşəkar kadr kimi yetişməsinə, gələcəkdə layiqli işlə təmin olunmasına və cəmiyyətə faydalı olmasına töhfə verəcək”.
2023-2024-cü tədris ili ərzində tələbə qızlar üçün təqaüd proqramı haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə etmək mümkündür - https://bit.ly/3LIXf3O.
NEQSOL Holding 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
14 d. əvvəl
Bank BTB-nin “Komissiyanı dondurduq” lombard krediti üzrə kampaniyası davam edir.
-
17 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək
-
56 d. əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
1 saat əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Ən çox oxunanlar
BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI










.jpg)















