“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” ictimai birliyi yaradıldı
Reklam və marketinq sahəsində yenilikləri tətbiq etmək üçün birləşməyə qərar verdilər.
Marja.az xəbər verir ki, reklam və marketinq sahəsində düyanın ən yeni, qabaqcıl təcrübə və texnologiyalarının öyrənilməsi və tətbiqi üçün, yerli bazar iştirakçılarının bir araya gəlməsi, onların daha effektiv işlər həyata keçirmək imkanlarını reallaşdırmaq məqsədilə universal platformada təmsil olunması zərurəti yarandığından “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” (RMİD) ictimai birliyi təsis edilib.
Birliyin rəsmi dövlət qeydiyyatından keçərək 2023-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb.
RMİD ictimai birliyi yerli və xarici mütəxəssislərin iştirakı ilə reklam və marketinq kursları, seminarlar, dəyirmi masalar təşkil edəcək, bu sahədə yeni fəaliyyətə başlayan fərd və qurumlara professional dəstək verəcək.
İctimai birlik yalnız ölkədaxili deyil, reklam və marketinq sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədlərini də öz fəaliyyət proqramına daxil etmişdir.
Belə ki, müxtəlif qeyri-hökumət təşkilatları, regional və beynəlxalq qurumlarla əlaqə və birgə layihələrin hazırlanması ictimai birliyin fəaliyyət proqramının tərkib hissəsini təşkil edir.
Bu məqsədlə “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” ictimai birliyi öz layihələrində dövlətin müvafiq strukturları ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















